15.04.2015
Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızn istifadəsinə verildi. İstifadəçilər tərəfindən səbirsizlilə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
Yaşayış yeri haqqında arayış
FİN-ə görə fərdi məlumatların axtarışı
Diplom haqqında məlumatlar
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.
Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür .
FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
Soyad, ad, ata adı
FİN
ŞV verilmə tarixi
Etibarlılıq tarixi
Verən orqanın adı
Vətəndaşlıq
Yaşayış ünvanı
Doğum yeri
Doğum tarixi
Boy
Qan qrupu
Ailə vəziyyəti
Hərbi vəzifə
Cins
Göz rəngi
E-arayışın çap edilərək aidiyyatı quruma təqdim edilməsi də mümkündür .
Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
Qəbul olduğu təhsil müəssisəsinin adı
Qəbul olduğu ixtisas
Yerdəyişmə üzrə məlumatlar
Bitirdiyi Təhsil müəssisəsinin adı
Bitirdiyi ixtisas
Fakultə
Təhsil pilləsi
Təhsil forması
Təlim dili
TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
Təhsil müəssisəsinə daxil olduğu il
Təhsil müəssisəsini bitirdiyi il
Diplomun seriya və nömrəsi
Diplomun növü
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.
-
356
Portalda olan xidmətlərin sayı