Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Artıq “Elektron hökumət” portalı üzərindən POS-terminalların onlayn qeydiyyatı xidməti işə salınıb

3460 Mətni çap edin Mətni kopyala

“POS-terminalın onlayn qeydiyyatı” elektron xidməti “Elektron hökumət” portalı üzərindən bankların istifadəsinə verilib.
 
Azərbaycan Vergilər Nazirliyi tərəfindən göstərilən xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onlara qeydiyyat nömrəsinin verilməsini və həmin məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.
 
POS-terminalın qeydiyyata alınması ərizəsi işlənildikdə müvafiq bank ekvayerin elektron ünvanına ərizənin qeydiyyata alınması barədə bildiriş göndərilir. Sonra 2 iş günü ərzində POS-terminala qeydiyyat nömrəsi verilir və bu barədə bank ekvayerin elektron ünvanına qeydiyyat nömrələri barədə məlumat göndərilir.
 
Qeyd edək ki, istifadəçiləri Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması ilə məşğul banklar olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.

  • 359

    Portalda olan xidmətlərin sayı