Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Məlumat Hesablama Mərkəzinin nümayəndəsi "FourSeasons" otelində "Qonaqpərvərlikdə İnformasiya Texnologiyaları" mövzusunda keçirilən seminarda iştirak edib

2049 Mətni çap edin Mətni kopyala

Dekabrın 17-də Bakı şəhərində yerləşən "FourSeasons” otelində "Qonaqpərvərlikdə İnformasiya Texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan "DAİR” Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi qonaqları salamlayaraq, giriş sözü ilə çıxış edib.

RYTN-in Məlumat Hesablama Mərkəzinin nümayəndəsi son illərdə rabitə və yüksək texnologiyalar sahəsində həyata keçirilən irimiqyaslı layihələr, "Elektron hökumət” portalı, elektron xidmətlər, e-imza barədə seminar iştirakçılarına prezentasiya üzrə məlumat vermişdir. Sonra bunlardan turizm, otelçilik və restoranlar sahəsində yararlanmaq imkanları müzakirə olunmuşdur. Xüsusilə, 2015-ci ildə Azərbaycanda keçiriləcək Yay Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizə gələn turistlərin miqrasiya məsələlərinin "E-hökumət” portalı üzərindən həll edilməsi imkanına toxunulmuşdur.

Seminarda, həmçinin, "Microsoft” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin və "Nova Net”, "i-Tech”, "MainlanSoftware”, Yüksək Texnologiyalar Parkının da nümayəndələri mövzuya uyğun təqdimatlarla çıxış etdilər. Seminar başa çatdıqdan sonra seminarın nəticələrinə dair diskussiya keçirilib, gələcək planlar müzakirə olunub.

  • 359

    Portalda olan xidmətlərin sayı