Oktyabırın 3-də BMM-də Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Mənim elektron hökumətim” adlı məqalə və video süjet müsabiqəsi elan etmişdi.
"Mənim E-hökumətim” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş ictimaiyyətə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq idi.
Müsabiqədə qiymətləndirməyə 7 video material və 48 məqalə təqdim edilmişdir. Geniş tərkibli və peşəkar münsiflər heyətinin iki nominasiya üzrə apardığı qiymətləndirmənin nəticələri artıq hazırdır.
Qaliblərin elan edilməsi və mükafatlandırma mərasimi 19 dekabr saat 11-də BMM-də keçiriləcək.
"Mənim E-hökumətim" müsabiqəsinin qaliblərinin elan edilməsi və mükafatlandırma mərasimi 19 dekabr saat 11-də BMM-də keçiriləcək
1883
Mətni çap edin
Mətni kopyala
- 359
Portalda olan xidmətlərin sayı