Məlum olduğu kimi “Elektron hökumət” portalından istifadə edənlərin sayı sürətlə artmaqdadır. Qeyd edək ki, keçən dövr ərzində portala müraciət edənlərin sayı 1203760 nəfər olub və onlar tərəfindən 7244687 dəfə elektron xidmətlərə müraciət edilib. Portala olan marağın və istifadə sayının artması təqdim olunan xidmətlərin tətbiq sahələrini genişləndirməyə imkan verir. Artıq elektron xidmətlər vətəndaşların sosial həyatında mühüm rol oynayır və elektron xidmətlərdən istifadə insanların işini xeyli asanlaşdırır. Həmçinin, vətəndaşlar zəruri informasiyaları portal vasitəsilə rahatlıqla əldə edə bilirlər.
Portal vasitəsilə qurumların elektron xidmətlərinə müraciətlərin sayı barədə statistika hər ay "Elektron Hökumət" bülletenlərində dərc olunur. Bu statistika əsasında vətəndaşlar üçün aktual e-xidmətlər önə çıxır, bu da öz növbəsində ön sıralarda yer alan qurumlara daha da fəal olmağa stimul verir və digər qurumları rəqabətə səsləyir. Aşağıdakı cədvəldə cari ilin yanvar ayı üzrə statistik məlumatlar göstərilir:
N |
Xidmət təchizatçisinin adi |
Elektron xidmətlər |
Xidmətlərdən istifadə sayı |
1 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
8 |
208682 |
2 |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
43 |
206797 |
3 |
Dövlət Sosial Müdafiə Fondu |
13 |
64768 |
4 |
Elektron Hökumət Portalı |
10 |
33639 |
5 |
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi |
14 |
3917 |
6 |
Daxili İşlər Nazirliyi |
2 |
3140 |
7 |
”AzərEnerji” ASC |
2 |
1431 |
8 |
Təhsil Nazirliyi |
2 |
1065 |
9 |
Mərkəzi Seçki Komissiyasi |
7 |
1019 |
10 |
”Azərsu” ASC |
3 |
987 |
Elektron xidmətlər vətəndaşların gündəlik sosial problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır, bu da sağlam sosial mühitin formalaşmasına xeyli təsir göstərir. Sosial problemlərin kəskinləşdiyi XXI əsrdə vaxt, əlavə enerji və vəsait tələb edən ənənəvi xidmətlərin elektronlaşması ictimai rifahın yüksəldilməsinə mühüm yardımçı olur.