“Elektron Hökumət” portalının Operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən tərəfindən 2015-ci ilin II rübü üçün “Elektron hökumət” üzrə keçiriləcək maarifləndirici və sosial tədbirlər üztə Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planına əsasən rüb ərzində bir sıra ali təhsil müəssisələrində İKT-ilə maraqlanan gənclər və startupçılar üçün Elektron hökumətlə bağlı seminarlar, xeyriyyə və sosial xarakterli aksiyalar, banklar, kredit təşkilatları, həmçinin yaşlı nəsil üçün E-hökumət və elektron arayışlarla bağlı müxtəlif kursların təşkil olunması nəzərdə tutulmuşdur. Bununla yanaşı ayda bir dəfə media nümayəndələri üçün Elektron hökumət bülleteninləriin təqdimatı üzrə brifinqlərin keçirilməsi planlaşdırılır.
2015-ci ilin II rübü üçün “Elektron Hökumət” üzrə keçiriləcək maarifləndirici və sosial tədbirlər üztə
Tədbirlər Planı
Qeyd edirik ki, 2015-ci ilin I rübü ərzində də Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” layihəsi üzrə bir sıra bu kimi tədbirlər həyata keçirilmişdir. İlin əvvəlində Məlumat Hesablama Mərkəzi Hilton Baku Hotelində Açıq Hökumət Məlumatları üzrə data.e-gov.az portalının təqdimat mərasimini keçirdi. Növbəti mərhələdə İqtisad Universitetində, BDU-də, Bakı avropa liseyində, Dünya məktəbinin kitabxanasında tələbə və şagirdlərlə seminarların keçirilməsi ilə yanaşı, “Elektron hökumət” üzrə jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün 2 günlük kurslar təşkil olundu. 2 fevral – Gənclər Günü münasibətilə Məlumat Hesablama Mərkəzinin əməkdaşları Suraxanı rayonu 2 nömrəli Uşaq Evinin sakinlərini ziyarət etdilər. Media nümayəndələri üçün fevral və mart ayları üzrə Elektron hökumət bülleteninin təqdimatı üzrə brifinqlər keçirildi.
Bildiririk ki, bütün il ərzində analoji tədbirlər həyata keçiriləcək. Bunda əsas məqsəd Elektron hökumət, elektron imza ilə bağlı maarifləndirmə işini gücləndirmək, dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər və elektron hökumət portalı (e-gov.az) barədə ictimaiyyətə geniş məlumat verməkdən ibarətdir.