Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

"Elektron Hökumət" portalının yeni versiyası vətəndaşların istifadəsinə verildi

4227 Mətni çap edin Mətni kopyala

"Elektron Hökumət" portalı artıq daha sadə və əlçatandır...

"Elektron Hökumət" portalının yeni versiyası hazırlanaraq vətəndaşların istifadəsinə verildi. Portalın yeni versiyası hazırlanarkən xidmətlərin istifadəçiyönümlü olması və vətəndaşlar tərəfindən daha sadə və daha rahat şəkildə istifadəsi əsas prioritet götürülmüşdür.

İstifadə səmərəsini yüksəltmək məqsədilə portalda "Bütün Xidmətlər", "Elektron arayışlar", "Elektron Ödənişlər", Qeydiyyatsız Xidmətlər", "Xüsusi Razılıq (Lisenziyaların verilməsi)", "Həyat Hadisələri", "Sahələr", "Yerli İcra Hakimiyyətləri", "Müraciətlər" kimi xidmət qrupları formalaşdırılmışdır.

Məlum olduğu kimi, artıq portalda qurumlar tərəfindən təqdim olunan 424 e-xidmət mövcuddur. Bundan əlavə, “Onlayn ödənişlər” kimi bölmələr portalın xidmət çərçivəsini zənginləşdirməklə vətəndaşlar üçün vahid xidmət məkanı təmin edir.

Portalın müasir və sadə interfeysi ilə istifadəçilər əvvəlki ilə müqayisədə daha asan şəkildə elektron xidmətlərlə tanış olmaq və istifadə etmək imkanı əldə ediblər. Portalda elektron xidmətlərin axtarışı istifadəçilər üçün xüsusi axtarış bloku vasitəsilə sadələşdirilib.

Həmçinin, istifadəçilərin nəzərinə çatdırmaq istərdik ki, portalda qarşılaşdıqları orfoqrafik səhvləri elə yerindəcə işarələyib (control+enter düymələri vasitəsilə) portalın inzibatçılarına  göndərə bilərlər. Artıq “Elektron hökumət” portalında 157 Zəng (Çağrı) Mərkəzinə gün ərzində daxil olan zənglərin sayını da görmək mümkündür.

Portalın istifadəçiləri “Online Konsultasiya”, “Əks Əlaqə”, “Mənim xidmətlərim” kimi funksionallıqlardan yeni versiyada da faydalana biləcəklər.

Portalın yeni versiyası hazırlanarkən dünya təcrübəsində öz təsdiqini tapmış aşağıdakı prinsiplər diqqətə alınmışdışdır:

  • - Sürətli axtarış panelləri;
  • - İstifadəçi yönümlü və sadə dizayn;
  • - İstifadəçinin marağına uyğun olaraq xidmətlərin qruplaşdırılması;
  • - İstifadəçinin informasiyanı rahat tapa bilməsi üçün ikonlardan istifadə;
  • - Dizaynın gələcəkdə mobil  versiyaya tətbiqi üçün əlverişli olması.

“Elektron hökumət” mövcud sosial xidmətlərin elektronlaşdırlmasına nəzarət edən və bu xidmətləri vətəndaşlara "bir pəncərə" prinsipi üzrə vahid portalda təqdim edən geniş platformadır. Bu platformada "Elektron hökumət" portalının rolu ayrı-ayrı qurumların internet səhifələrdə xidmət axtarışına çıxan vətəndaşları əlavə vaxt itkisindən azad etməkdir. Bundan başqa, portalın əsas funksiyalarından biri də portal üzərindən qurumlararası informasiya mübadiləsinin təmin edilməsi, bununla da elektron xidmətlərin maksimum optimallaşdırılması və xidmətlərdən istifadə zamanı istifadəçidən minimum məlumatların tələb edilməsidir.

 

  • 359

    Portalda olan xidmətlərin sayı