Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

"Elektron Hökumət" portalı üzərindən təqdim olunan xidmətlərin istifadə statistikasına hər bir istifadəçi baxa biləcək

2778 Mətni çap edin Mətni kopyala

Elektron idarəçilik informasiya və kommunikasiya texnologiyalarından faydalanmaqla xidmət təminatının sadələşdirilməsi üzrə tətbiq olunan köklü islahatdır.

Elektron hökumətin əsas məqsədi vətəndaşlara bütün həyatları boyu onlara lazım olan sosial xidmətlərin elektron şəkildə təminatı məsələsidir. İdarəçilikdə rahatlığı, effektivliyi, şəffaflığı  və cavabdehliyi təmin edən bu proses hökumət xidmətlərini vətəndaşlar üçün əlçatan edir.

Respublikamızda sürətlə inkişaf edən sosial xidmətlərin elektronlaşdırılması prosesi keyfiyyətli xidmətlərlə yanaşı müxtəlif məzmunda fərdi informasiyanı cəmiyyətə açıq edir. Bu baxımdan  "Elektron Hökumət" infrastrukturunun əsas komponenti kimi elektron xidmət məkanı olan portalın rolu əvəz edilməzdir.

431 elektron xidməti “vahid pəncərə” prinsipi ilə təqdim edən "Elektron Hökumət" portalı (https://www.e-gov.az/) bu gün sadələşdirilməklə daha da şəffaflaşdırılır. Şəffaflıq istiqamətində portalın reallaşdırdığı təşəbbüslərin sırasına bir yenilik  də əlavə olundu.

Belə ki, bu gün "Elektron Hökumət" portalı üzərindən təqdim olunan xidmətlərdən istifadə statistikası xidmət təminatçıları ilə yanaşı istifadəçilərin də maraq dairəsindədir.

Göründüyü kimi artıq portal istifadəçiləri hər bir xidmət üzrə gün ərzində, həftə ərzində, ay ərzində və ümumi istifadə sayına onlayn rejimdə baxa biləcəklər. Düşünürük ki, elektron xidmətlərin istifadə statistikasının açıq edilməsi  aktual istifadə olunan xidmətləri önə çəkməklə bərabər, həmçinin qurumlar arasında rəqabət mühiti formalaşdırmış olacaq.

Əziz portal istifadəçiləri və elektron xidmətlərdən istifadəni cəmiyyətə təbliğ edən KİV əməkdaşları!

Artıq portal üzrə 431 elektron xidmətin əməli fəaliyyəti göz önündədir. Ümid edirik ki, portalın bu təşəbbüsü sosial xidmət təminatı məsələsinin inkişafına xeyli təkan verəcək. 

  • 359

    Portalda olan xidmətlərin sayı