Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Ötən il elektron imza vasitəsilə imzalama tranzaksiyası 4 milyondan artıq olub

3543 Mətni çap edin Mətni kopyala

Elektron imza kartlarından istifadə edənlərin sayı hər ötən gün artmaqdadır. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən il dövlət qurumları üzrə 47532, fiziki şəxslər üzrə 15832, hüquqi şəxslər üzrə isə 13820 elektron imza sertifikatı istifadəyə verilmişdir.

Həmin müddət ərzində dövlət qurumları tərəfindən sənəd imzalama tranzaksiyaların sayı 3 160 353, hüquqi və fiziki şəxslər tərəfindən imzalama tranzaksiyaların sayı 906 334 olmuşdur. Ümumilikdə, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza ilə imzalanmışdır.

Elektrom imza, həmçinin, "Elektron hökumət" portalının autentifikasiya vasitələrindəndir. Ötən il e-imza kartları vasitəsilə portala 4 milyondan artıq autentifikasiya qeydə alınmışdır.

  • 359

    Portalda olan xidmətlərin sayı