Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Dövlət Gömrük Komitəsinin 4 xidməti elektronlaşdırılaraq portala inteqrasiya edildi

2474 Mətni çap edin Mətni kopyala

Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə   daha 4 xidmət elektronlaşdıraraq ”Elektron hökumət” portalına inteqrasiya edildi. İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır.

* “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Elektron)

* “Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi”(Kart)

* “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük     bəyannaməsinin qəbulu”

* “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” 

Bununla da Dövlət Gömrük Komitəsinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı  13-ə çatdırılıb.

Qeyd edək ki, bununla da “Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.

 

  • 359

    Portalda olan xidmətlərin sayı