Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

3968 Mətni çap edin Mətni kopyala

Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Ali Neft Məktəbində tələbələr üçün “Elektron hökumət” mövzusunda seminar keçirilib.

Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan seminar gələcək mütəxəssislərin İT bilikləri, karyera seçimlərinin aşılanması, həmçinin “Elektron hökumət”, elektron xidmətlər, elektron imza, elektron sənəd və s. barədə geniş məlumatlandırılması məqsədi daşıyıb.

Tədbirdə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov İT sahəsinin müasir dünyada tutduğu üstün mövqedən, bu sahənin inkişafı ilə bağlı gözləntilərdən söz açıb. R.Cabbarov sahə üzrə peşakarların yetişdirilməsinə göstərilən dəstək və mərkəzin bu sahədə fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Daha sonra İKT-nin sosial xidmət mühitini sadələşdirməsi və şəffaflaşdırmasının əyani nümunəsi olaraq, “Elektron hökumət” portalının rolundan bəhs edilib. Məlumat Hesablama Mərkəzinin mühəndisi Elvin Cəfərli portalın yaradılması, inkişafı və vətəndaşlara təqdim etdiyi xidmətlərdən danışıb, həmçinin portalın mobil versiyası və informasiya təhlükəsizliyi barədə tələbələrə ətraflı informasiya verib.

Mövzular üzrə təqdimatlarla davam edən seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.

  • 359

    Portalda olan xidmətlərin sayı