Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

"Mənim Elektron Hökumətim" yazı müsabiqəsi

2732 Mətni çap edin Mətni kopyala

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və video süjet müsabiqəsi elan edir.

"Mənim Elektron Hökumətim"  adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuşmüsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

 

Müsabiqənin məqsədi və vəzifələri:

- Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;

- Elektron Hökumət Portalının (e-gov.az) populyarlığını artırmaq;

- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;

- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmamazlıqları araşdırmaq;

 Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

- Elektron Hökumət nədir?

- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?

- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?

- Elektron Hökumətin cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə içtimayyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları Elektron Hökumət portalından (www.e-gov.az), eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.

  • 359

    Portalda olan xidmətlərin sayı