Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“Əmanətlərin Sığortalanması Fondu” “Elektron hökumət” portalına inteqrasiya edildi

12813 Mətni çap edin Mətni kopyala

Bu gündən etibarən (10 mart 2018-ci il tarixindən) “Əmanətlərin Sığortalanması Fondu”nun təqdim etdiyi "Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciətadlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.

Belə ki,  əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən, onlayn olaraq  portal üzərindən  edə biləcəklər. Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə  qeydiyyatdan keçmək vacibdir.

Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edərək əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi hallarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

  • 359

    Portalda olan xidmətlərin sayı