Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“Skolkovo” İnnovasiya Mərkəzinin və “St.Gallen Universiteti”nin professorlarının iştirakı ilə nazir müavinləri üçün təlim keçirilir

2139 Mətni çap edin Mətni kopyala

19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “PAŞA Bank”ın təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının, müəssisələrin rəhbər şəxsləri üçün “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramı çərçivəsində mühüm təlim keçirilib.

Tədbir iştirakçılarını giriş nitqi ilə salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar.

İki gün davam edəcək təlim Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin “St.Gallen Universiteti”nin ekspertləri tərəfindən keçiriləcək. Təlimdə iştirak edən dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Açılış mərasimindən sonra iştirakçılara Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşması, innovasiyalar və risk alma, innovasiya sistemləri və ölçülmələri, təşkilat daxilində sahibkarlıq mövzularında təlimlər keçirilib və müzakirələr aparılıb.

Proqramın ikinci günü isə milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.

  • 356

    Portalda olan xidmətlərin sayı