Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Sahibkarlara dövlət satınalmaları ilə bağlı onlayn təlim keçirilib

6025 Mətni çap edin Mətni kopyala

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları tərəfindən dövlət satınalmaları ilə bağlı onlayn təlim keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə kiçik və orta biznes subyektləri dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar,www.etender.gov.azinternet portalı və ondan istifadə barədə məlumatlandırılıblar.

Onlayn maarifləndirmə tədbirindən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb.

Sahibkarlar onlayn maarifləndirmə tədbiri barədə əvvəlcədən aidiyyatı qurumların sosial şəbəkələrdəki səhifələri və KİV vasitəsilə məlumatlandırılıblar.

  • 356

    Portalda olan xidmətlərin sayı