Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“myGov” portalı tezliklə vətəndaşların istifadəsinə veriləcək

8631 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalı (www.my.gov.az) vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

“myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

Funksiyaları :

1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması

“myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.

2. Məlumatlandırma və xatırlatma xarakterli bildirişlər

Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.

“myGov” şəxsi kabinetdə aşağıdakı tipdə bildirişlərin təqdim edilməsi nəzərdə tutulur:

• Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s. sənədlərin vaxtının bitməsi barədə

• Vətəndaşa dair məlumatların yenilənməsi barədə

• Sistemdəki dəyişikliklər və yeni xidmətlər barədə

• İstəyə bağlı olaraq arzu olunan xidmətlər (kommunal, ödəmə və s.) barədə

3. Məlumatların digər qurumlara ötürülməsi

Vətəndaşlara dair məlumatlar yalnız vətəndaşın şəxsi kabinetinə müvafiq qurumlar tərəfindən göndərilən sorğunun vətəndaş tərəfindən təsdiqlənməsindən sonra üçüncü tərəfə ötürülür. Həmçinin vətəndaşa dair məlumatlar vətəndaşın özü tərəfindən əvvəlcədən qarşı tərəfə ötürülə bilər. Vətəndaş şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.

4. Vətəndaşın qurumlara müraciət imkanı

Şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyatı quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

5. Dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə

Hazırda sistemdə vətəndaşın FİN koduna uyğun olaraq onunla əlaqəli müxtəlif dövlət qurumunda olan bildirişlər, məlumatlar və digər vacib informasiyalar yerləşdirilib. Vətəndaşla bağlı digər dövlət qurumlarında olan məlumatların bu sistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Digər dövlət xidmətləri vətəndaşların “myGov” şəxsi kabinetinə mütəmadi və mərhələli şəkildə əlavə ediləcək.

www.my.gov.az portalı vasitəsilə:

Təqdim edilən bildiriş xidmətlərinin siyahısı

1. Ümumvətəndaş pasportları, sürücülük vəsiqələri və digər sənədlərin dəyişdirilməsi zərurəti barədə bildiriş;

2. Etibarnamənin hüquqi statusundakı dəyişiklik barədə bildiriş;

3. Şəxsin barəsində məhkəmə prosesinin başlanmasına dair bildiriş;

4. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə bildiriş;

5. Uşaqların peyvənd məlumatları haqqında bildiriş;

6. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu haqqında elan;

7. Həkimlərin növbəti sertifikasiyası barədə məlumatlandırma.

Göstərilən elektron xidmətlərin siyahısı

1. Vətəndaşların dövlət orqanlarına müraciət xidməti;

2. Vergilər Nazirliyi portalına daxil olan xidmətlər (64 alt sistem);

3. "Elektron kənd təsərrüfatı" informasiya sistemi (4 alt sistem);

4. Daşınmaz əmlakın dövlət reystri xidmətindən mülkiyyətə dair sənədlərin əldə olunması xidməti;

5. Təqaüdlər üzrə məlumat və axtarış sistemi;

6. Sığortalanma üzrə məlumat və axtarış sistemi;

7. Miqrantlar haqqında məlumat;

8. Rabitə xidmətləri haqqında arayış;

9. Mərkəzi Bankın elektron müraciətlər sistemi;

10. Diplom haqqında məlumat;

11. Tələbə-məzun dövlət elektron məlumat sistemindən çıxarış;

12. Nigahın qeydə alınması xidməti;

13. Doğumun qeydə alınması xidməti;

14. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış;

15. Ümumvətəndaş pasportuna dair arayış;

16. Yaşayış yeri haqqında arayış;

17. Ailə tərkibi haqqında arayış;

18. İş yerinə dair arayış;

19. Verilmiş etibarnamələr haqqında məlumat;

20. Fiziki qüsurlu vətəndaşlara dair məlumat və arayışlar;

21. Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış;

22. Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış;

23. Sürücülük vəsiqəsi haqqında arayış;

24. Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında arayış;

25. Cərimələr haqqında arayış;

26. “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilən bütün elektron ödəniş xidmətləri (rüsumlar üzrə - 172 xidmət, cərimələr üzrə - 160 xidmət, kommunal xidmətlər üzrə – 5 xidmət, və digər 105 xidmət);

27. Tenderdə iştirak etmək üçün elektron müraciət.

  • 359

    Portalda olan xidmətlərin sayı