Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin II plenar iclasında təmsil olunub

2954 Mətni çap edin Mətni kopyala

6-8 iyul 2020-ci il tarixində Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAİ) II plenar iclasında təmsil olunub. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov iştirak edib. Mart ayında Fransanın Strasburq şəhərində keçirilməsi planlaşdırılmış tədbir pandemiya səbəbindən təxirə salınaraq Komitəyə üzv olan dövlətlərin nümayəndə heyətlərinin onlayn səsvermədəki yekun qərarı nəticəsində onlayn qaydada təşkil olunub.

Plenar iclasın 1-ci günündə Süni İntellekt (Sİ) üzrə Komitənin sədri iştirakçıları müvafiq yeniliklər və informasiya üzrə məlumatlandırıb. Komitə Sİ üzrə insan hüquqları, qanunun aliliyi və demokratiya, həmçinin "yaşıl" və "qırmızı" sahələr üzrə hazırlanması, inkişafı və tətbiqi ilə əlaqədar yaranan imkanları və riskləri, eləcə də bununla əlaqəli beynəlxalq məcburi və məcburi olmayan sənədlərin, habelə etik qaydaların xəritələşdirilməsini müzakirə edib.

Plenar iclasın 2-ci günündə Komitə AŞ-nın müvafiq sahə üzrə hüquqi çərçivənin əhatə dairəsini və Sİ-in tərifini təmin etmək imkanını, həmçinin onun hazırlanması, inkişafı və tətbiqi üçün hüquqi çərçivənin əsas elementlərini müzakirə edib. Həmçinin Komitəyə həmin siyasətlər ilə əlaqədar daxili və beynəlxalq səviyyədə əsas yeniliklər barədə məlumat verilib.

Plenar iclasın 3-cü günündə qeydiyyatdan keçmiş üzv dövlətlərin nümayəndələri “Qanuni bazanın uyğunluğunu və effektivliyini təmin edən mümkün praktiki mexanizmlər” mövzusuna öz töhfələrini veriblər. Birləşmiş Millətlər Təşkilatı (Baş katibin Rəqəmsal Əməkdaşlıq üzrə Yüksək Səviyyəli Paneli və UNESCO), Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Komitənin işi ilə Sİ üzərində davam edən işləri təqdim edib. Plenar iclasın son günündə Komitə qısaldılmış iclas hesabatını qəbul edib və növbəti plenar iclasın keçiriləcəyi tarix və yeri müzakirə edilib.

Süni İntellekt üzrə Komitənin məqsədi geniş çoxtərəfli məsləhətləşmələr əsasında Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarına əsas tutaraq Süni İntellektin inkişafı, dizaynı və tətbiqi istiqamətində hüquqi bazanın mümkünlüyünü və potensial elementlərini araşdırmaqdır. Süni intellekt üzrə Komitəyə bütün üzv dövlətlərin nümayəndələri daxildirlər. Komitənin plenar iclaslarında, həmçinin Avropa Şurasının (AŞ) müvafiq struktur qurumlarının, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliklərinin, müşahidəçi dövlətlərin təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və AŞ tərəfdaşları olan internet şirkətlərinin mütəxəssisləri iştirak edirlər.

  • 359

    Portalda olan xidmətlərin sayı