Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM-in direktoru Alman-Azərbaycan Xarici Ticarət Palatasının yığıncağında təqdimat edib

5545 Mətni çap edin Mətni kopyala

26 may tarixində Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvlərinin “Hyatt Regency Baku” otelində baş tutan ümumi yığıncağında fəxri qonaq və məruzəçi qismində iştirak edib. AHK-Azərbaycanın İdarə Heyəti üzvlərinin, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrinin, AHK Azərbaycana üzv olan şirkətlərin təmsilçilərinin onlayn formatda iştirak etdiyi görüşdə Fariz Cəfərov geniş təqdimatla çıxış edib. F. Cəfərov müasir texnologiyaların tətbiq olunduğu dövrdə dövlət xidmətlərinin adaptasiyası və gələcəkdə blokçeyn, süni intellekt və s. texnologiyaları əsasında dövlət xidmətlərinin yaradılması və rəqəmsallaşdırılması haqqında danışıb və bu istiqamətdə “ASAN xidmət” və EHİM-in görəcəyi işlər haqqında məlumat verib. Tədbirdə həmçinin, “myGov” elektron hökumət portalı, “ASAN Viza” sistemi, “ASAN Bridge” Milli Məlumat Mübadiləsi Sistemi, “ASAN Login” Vahid Giriş Sistemi, banklar və vətəndaşların zamanına və resurslarına qənaət edən “ASAN Finans” layihəsi və “e-Agro” - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi haqqında ətraflı məlumat verilib.

Görüş çərçivəsində EHİM-in direktoru tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, EHİM ictimai təşkilatlar, banklar, sığorta şirkətləri və biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirir. Maraqlı tərəflərlə keçirilən görüşlərin yekun hədəfi rəqəmsal xidmətlərlə bağlı ictimaiyyətin rəy və təkliflərini öyrənmək, rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu daha da artırmaqdır.

Elektron hökumət xidmətləri haqqında ətraflı məlumat almaq üçün bu www.digital.gov.az internet səhifəsinə keçid edin.
  • 356

    Portalda olan xidmətlərin sayı