Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) rəqəmsal transformasiya şəraitində qurumların yeni çağırışlara adaptasiya olunması və data əsaslı idarəetmədə çevikliyinin artırılmasına dəstək istiqamətlərində fəaliyyətini davam etdirir.
Dövlət – dövlət (G2G), dövlət - vətəndaş (G2C) və dövlət – özəl (G2B) formatında layihələr icra edən EHİM biznes qurumlarına, vətəndaşlara operativ xidmət göstərmək və müştəri məmnuniyyətinin artırılması məqsədilə dəstək göstərir.
Bu istiqamətdə həyata keçirilən fəaliyyət çərçivəsində EHİM və “PMD Group” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum data analitikası istiqaməti üzrə yeni rəqəmsal alətlərin yaradılmasına dəstək göstərilməsini ehtiva edir.