Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM beynəlxalq konfransda iştirak edib

4025 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov “Astana Hub Dövlət Xidmətləri Mərkəzi” tərəfindən “Dövlət xidmətlərinin inkişafı və əməkdaşlıq” mövzusunda təşkil olunan illik beynəlxalq konfransda iştirak edib.

Konfransın “Dövlət xidmətlərinin göstərilməsində rəqəmsallaşma” adlı sessiyasında “Rəqəmsal xidmətlər yeni reallıqda” mövzusunda təqdimatla çıxış edən Fariz Cəfərov Azərbaycanda elektron xidmətlərin inkişafı haqqında geniş söhbət açıb. Çıxış zamanı rəqəmsal transformasiya, texnoloji inkişaf, Azərbaycanda son illərdə rəqəmsal hökumətin təşkili istiqamətində görülən işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verilib. 

Bu ilki tədbirdə bir sıra xarici ölkələrin dövlət və özəl sektorunun nümayəndələri ilə yanaşı BMT, ATƏT, Dünya Bankı kimi təşkilatların ekspertləri də iştirak ediblər.

Eyni zamanda tədbir çərçivəsində COVID-19 pandemiyasından çıxan nəticələr, dövlət xidmətlərinin göstərilməsində rəqəmsal həllərin tətbiqi və digər istiqamətlər üzrə panel müzakirələri və seminarlar keçirilib. 

Qeyd edək ki, “Astana Hub Dövlət Xidmətləri Mərkəzi” maraqlı tərəflərin bir araya toplanaraq müzakirələrin təşkil olunduğu və təcrübələrin paylaşıldığı beynəlxalq platformadır.

  • 359

    Portalda olan xidmətlərin sayı