Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb

3577 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti”  - rih.gov.az portalı üzrə rayonlarda maarifləndirmə işlərinə başlanılıb. Belə ki, ASAN könüllüləri  ötən həftədən başlayaraq layihənin reallaşdırıldığı Gəncə şəhəri, eləcə də Quba və Masallı rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşları məlumatlandırırlar.

Könüllülərin fəaliyyətinin əsas məqsədi vətəndaşların yeni yaradılan portal haqqında məlumatlandırılması, onlara xidmətlərdən istifadə ilə bağlı dəstəkdir.

Könüllülər vətəndaşlara rih.gov.az portalının vətəndaşlara verdiyi üstünlük, yerli icra hakimiyətlərinə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və s. haqda məlumat verir, portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək olurlar. 

Könüllülərə fəaliyyətə başlamazdan öncə EHİM əməkdaşları tərəfindən təlimlər keçirilib. Təlimlərdə könüllülərə vətəndaşların yenicə istifadəsinə verilmiş “rih.gov.az” portalının funksionallıqları və fəaliyyət istiqamətləri öyrədilib, eləcə də elektron xidmətlərin imkanları haqqında maarifləndirilməsi, sorğuların aparılması və onları maraqlandıran sualların düzgün cavablandırılması qaydalarından danışılıb.

“Rəqəmsal icra hakimiyyəti” layihəsinin əsas hədəfi vahid məkandan xidmətlərə elektron çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, vətəndaş məmnuniyyətinin artırılması, eləcə də data əsaslı operativ qərar qəbuletməyə nail olunmasıdır. 

“Rəqəmsal icra hakimiyyəti” portalı Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində yaradılıb.

Layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir. Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarında həyata keçirilir. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.

  • 359

    Portalda olan xidmətlərin sayı