Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM-də “Foreign MBA Club”un üzvləri ilə görüş keçirilib

3132 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzində “Foreign MBA Club”un üzvləri ilə görüş keçirilib. “Foreign MBA Club”un 20-yə yaxın üzvünün iştirak etdiyi görüşdə EHİM-in direktoru Fariz Cəfərov dövlət xidmətləri, o cümlədən “ASAN xidmət” və rəqəmsal xidmətlər haqqında təqdimatla çıxış edib.

Təqdimat çərçivəsində Dövlət Agentliyinin 2022-2025-ci illər üzrə Strateji Planı müzakirə olunub, atılmalı olan addımlarla bağlı “Foreign MBA Club”un çoxşahəli və fərqli təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təqdimatda EHİM tərəfindən icra olunan layihələr, o cümlədən “ASAN Bridge”, “myGov”, “ASAN Login”, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Rəqəmsal icra hakimiyyəti” və digər gələcəkdə nəzərdə tutulan layihələr haqqında geniş məlumat verilib.

MBA proqramı üzrə beynəlxalq proqramların məzunlarını özündə birləşdirən “Foreign MBA Club”un məqsədi məhsuldar əməkdaşlığın qurulması, mütəmadi olaraq dialoqun aparılması, vəzifəli şəxslər və tənzimləyici orqanlarla təmaslar vasitəsilə ölkənin iqtisadi inkişafına dəstək olmaqdır.

EHİM tərəfindən banklar və sığorta şirkətləri, biznes qurumları, ictimai təşkilatlarla keçirilən mütəmadi görüşlərin yekun hədəfi qeyd olunan auditoriyalardan sahəvi rəy və təkliflərin formalaşdırılması, eyni zamanda rəqəmsal hökumət xidmətlərinin təşviqatı, hədəf auditoriyasının rəqəmsal xidmətlər haqqında məlumatlandırılması, rəqəmsal xidmətlərdən istifadənin daha da genişləndirilməsinə nail olmaqdır.

  • 359

    Portalda olan xidmətlərin sayı