Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

“ASAN Login”də istifadəçi sayı 32% artıb

3535 Mətni çap edin Mətni kopyala

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində istifadəçi sayı 32% artıb. Hazırda “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi qeydiyyatdan keçib.

Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb və idarə edilir. “ASAN Login”in əsas məqsədi rahat və təhlükəsiz girişi təmin edərək vətəndaşın elektron xidmətlərdən istifadəsini asanlaşdırmaqdır.

“ASAN Login” vətəndaşlara səlahiyyətlərini vahid mərkəzdən idarə etmək imkanı yaradır. “ASAN Login”də qeydiyyatdan keçərək sistemə giriş etməklə vətəndaş 70-dən çox sistemə, o cümlədən “myGov”, “e-Agro”, “e-sosial”, “Rəqəmsal icra hakimiyyəti” portalı, Dövlət Gömrük Xidməti, habelə digər qurum və portallar vasitəsilə təqdim edilən xidmətlərə vahid məkandan giriş əldə edir. “ASAN Login”dən çıxış edəndə, vətəndaş bütün portallardan çıxış etmiş olur. 

• “ASAN Login”də qeydiyyatdan keçmək üçün təlimat videosu:https://youtu.be/aqcALD1jT7k

• Mobil nömrəsi öz adına olmayan vətəndaşlar üçün yaradılan videoqeydiyyat haqqında təlimat videosu:https://youtu.be/UCBVu2hyzv8  

Siz də “ASAN Login”də qeydiyyatdan keçin, bir çox xidmətlərə vahid məkandan giriş əldə edin!

  • 358

    Portalda olan xidmətlərin sayı