Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

EHİM “Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində Şamaxıda təlimlər keçirib

8594 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi rəqəmsal xidmətlərin təşviqatı və əhalinin bu xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətlərində fəaliyyətini davam etdirir. Bu məqsədlə Şamaxı rayonunda yerləşən ASAN Təlim Mərkəzində “Rəqəmsal Hökumət” təşviqat proqramının növbəti mərhələsi keçirilib.

"PAŞA Holdinq"in sponsorluğu ilə keçirilən iki günlük təlimlərdə yerli icra hakimiyyətinin əməkdaşları, ASAN könüllüləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yüzdən çox gəncin qatıldığı görüşlərdə  artıq bütün regionlarda, eləcə də Şamaxıda istifadəyə verilən “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı haqqında ətraflı məlumat verilib. Portalın funksionallıqları, vətəndaşlar və icra hakimiyyətləri üçün yaradılan imkanlar, habelə xidmətlər, vətəndaş qəbulu, e-iştirakçılıq, məlumatlandırma modulları  ətraflı izah edilib.

Təlimlərdə, habelə “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Viza”, “e-Agro”, “e-sosial”, digər portallar və rəqəmsal həllər haqqında geniş məlumat verilib.

Bundan öncə "Rəqəmsal Hökumət” təşviqat proqramının 4 mərhələsi keçirilib. Proqramın əsas hədəfi könüllülərin dəstəyi ilə Bakı və  digər regionlarda da vətəndaşların rəqəmsal xidmətlər haqqında maarifləndirilməsi, rəqəmsal xidmətlər və elektron müraciətlərin istifadəsini genişləndirməkdir.

“ASAN Könüllülük” Məktəbinin də dəstəyi ilə keçirilən proqram çərçivəsində 25 könüllü Şamaxı “ASAN xidmət” mərkəzində vətəndaşlara elektron dövlət xidmətləri, elektron ödənişlər, rəqəmsal həllərlə bağlı dəstək olacaq və sorğular keçirəcək.

  • 359

    Portalda olan xidmətlərin sayı