Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Xarici diplom məlumatlarınıza “myGov”da baxın

7005 Mətni çap edin Mətni kopyala

Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Portalda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) mərhələsini keçmiş xarici diplomlar haqqında məlumatlar əks olunur. Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları üçün nəzərdə tutulan arayış “myGov” portalında istifadəyə verilib. Hər iki xidməti vətəndaşlar “bütün xidmətlər” bölməsində, habelə “Qurumlar üzrə” Təhsil Nazirliyi tərəfindən təqdim edilən xidmətlər bölməsində əldə edə bilərlər.

“myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da “ASAN Login” üzərindən cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır.

Qeyd edək ki, “myGov”a "COVID-19" vaksin, immunitet və əks-göstəriş sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində aidiyyatı QR kodu "COVID-19" pasportu tələb olunan qurum və müəssisələrdə oxutdurmaqla rahat keçidlərini təmin edə edə bilirlər.

“myGov”da sənədlərin son etibarlılıq tarixi və digər mövzularda vətəndaşlara 21 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.

“myGov” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2019-cu ildə yaradılıb. 2021-ci ildə portalın mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:

"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my 

"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

  • 358

    Portalda olan xidmətlərin sayı