Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının təlimləri yekunlaşıb

3448 Mətni çap edin Mətni kopyala

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “ABB”nin sponsorluğu ilə həyata keçirilən 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində keçirilən 5 günlük təlimlər başa çatıb. 24-28 oktyabr tarixində keçirilən təlimlərdə iştirakçılara “Sosial medianın jurnalistikada istifadəsi”, “Startaplar”, “Qlobal Rəqəmsallaşmada Azərbaycan”, “Elektron hökumət layihələri”, “Süni İntellekt”, “Rəqəmsal bankçılıq konsepsiyası”, “İnformasiya təhlükəsizliyi”, “Rəqəmsal qeyri-bərabərlik”, “Rəqəmsal identifikasiya həlləri” və digər trend mövzularda təlimlər keçirilib, jurnalistləri maraqlandıran suallara cavab verilib.

Təlimlərin son günü - 28 oktyabr tarixində iştirakçılara proqramın ikinci hissəsi – Yazı müsabiqəsi haqqında məlumat verilib, müsabiqə mövzuları təqdim olunub. Mükafat fondu 2200 AZN təşkil edən müsabiqəyə proqramın təlimlərini uğurla başa vuran hər bir iştirakçı qatıla bilər.

Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən elektron hökumət həlləri, e-iştirakçılıq və digər mövzular üzrə araşdırma məqalələri hazırlanaraq kütləvi informasiya vasitələrində dərc olunmalıdır.

İştirakçılar tərəfindən hazırlanmış məqalələr “Rəqəmsal Jurnalistikaya doğru” proqramının münsiflər heyəti tərəfindən təhlil edilərək qiymətləndiriləcək. Birinci, ikinci və üçüncü yerin qalibləri proqramın bağlanış mərasimində mükafatlandırılacaqlar.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, onların dəstəyi ilə də elektron xidmətlər sahəsində vətəndaşların maarifləndirilməsini daha da genişləndirməkdir. 

  • 359

    Portalda olan xidmətlərin sayı