Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə son bir ayda 50 minə yaxın e-arayış verilib

10305 Mətni çap edin Mətni kopyala

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə son bir ayda 50 minə yaxın  e-arayış verilib. 

 

Onlardan böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib.

 

Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

 

Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair,  pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

 
  • 359

    Portalda olan xidmətlərin sayı