Yeni versiyaya keçid edə bilərsiniz

Yeni versiyaya keçid et
AZ EN
Xoş gəlmisiniz, təqdim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemə daxil olmalısınız

Dövlət Vergi Xidməti: Elektron kabinetin mobil tətbiqi üzərində iş aparılır

5871 Mətni çap edin Mətni kopyala

Vergiödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində iş aparılır.

 

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu, vergiödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsinə, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat istifadəyə nail olunmasına, vergi, sosial sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklərin vaxtında icrasına imkan verəcək.

 

Qeyd olunub ki, hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlər görülür.

 

Bu sırada yeni elektron xidmətlər vasitəsilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yanaşmaları, habelə inzibati şikayətlər üzrə formalaşmış təcrübədən irəli gələn rəsmi mövqeləri əks etdirən resurs istifadəyə veriləcək.

 
  • 358

    Portalda olan xidmətlərin sayı