Fevralın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məsul şəxsləri ilə görüş keçirilib.
Görüşdə TQDK-nın aparat rəhbəri Nərminə Bayramova, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilov, Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, həmin qurumun şöbə müdiri İlqar Abdullayev və hüquq məsləhətçisi Aydın Əliyev iştirak edib.
Görüşdə Məlumat Hesablama Mərkəzi tərəfindən TQDK-nın informasiya sistemləri üzərində aparılmış monitorinqin nəticələri geniş müzakirə olunub. Görüşdə həmçinin TQDK tərəfindən idarə olunan «Tələbə-Məzun» Dövlət Elektron Məlumat Sisteminin məlumat bazasından vətəndaşlara Elektron hökumət portalı vasitəsilə arayışların verilməsi və digər ümumi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının informasiya sistemləri üzrə aparılmış monitorinqin nəticələri müzakirə edildi
2305
Print the text
Copy text
- 359
Number of available services on the portal