You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Sinqapur iqtisadiyyat və vətəndaşlara aid 5000 yeni məlumat bazasını açıq edir

2012 Print the text Copy text

Son günlər Sinqapurun Statistika Departamenti hökumətin açıq məlumatlar portalına (data.gov.sg)  5000 yeni məlumat bazası yerləşdirmişdir. Departamentdən verilən məlumata əsasən, "Smart  Cəmiyyət yaratmaq mərhələsində daha çox məlumat bazasını ictimaiyyətin istifadəsinə vermək hökumətin məqsədinə uyğundur" prinsipi əsas götürülərək bu addım atılmışdır və gələcəkdə də davam etdiriləcək.

İstifadəyə verilmiş məlumat bazaları “vətəndaşlar” və “iqtisadiyyat” kimi iki geniş sahə üzrə 123 mövzunu əhatə edir. Açıq edilmiş yeni məlumat bazaları məhsulların və xidmətlərin növləri üzrə aylıq məişət xərclərinin təsnifatı, ibtidai və orta məktəblərin səviyyə və yaş dövrü üzrə qeydiyyata alınması və s. məsələləri əhatə edir.

Bildirildiyinə görə, açıq edilmiş məlumat bazaları, həmçinin, hökumətin statistik veb saytında (singstat.gov.sg) yerləşdiriləcək. Bununla, hökumətin statistik veb saytında yayınlanan məlumat bazalarının sayı 12.000-ə çatdırılmış olacaq.

Qeyd edirik ki, Elektron Hökumətin və açıq hökumət məlumatlarının inkişaf səviyyəsinə görə Sinqapur dünyada aparıcı yerlərdən birini tutur.

  • 359

    Number of available services on the portal