“MilliNet 2013” Milli İnternet Mükafatının qaliblərinin təqdimat mərasimi keçirilib. 12 nominasiya üzrə 319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə “MilliNet”in əsas mükafatı təqdim olunub. Dövlət və bələdiyyə saytları üzrə olan nominasiyada “www.e-gov.az” portalı birinci yerə çıxıb.
Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və diplomlar verilib. “MilliNet”in qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.
Təqdimat mərasiminin İnternet vasitəsilə canlı yayımı nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell Telekom” şirkəti olub.