You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

"Elektron hökumət" portalının operatoru "Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Xüsusi Məktəb"də xeyriyyə tədbiri keçirib

2119 Print the text Copy text

Bu gün "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə Nəsimi rayonunda yerləşən 268 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Xüsusi Məktəbin şagirdləri ziyarət edilib. Hazırda məktəbdə 500-ə yaxın şagird təhsil alır. Onlardan 120 nəfərdən çoxuna hər gün məktəbdə dərs keçilir, qalanları isə evlərində təhsilə cəlb olunmuşlar. Xeyriyyə aksiyasının keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdə diqqətdən kənarda qalmadıqlarını göstərmək və sosial müdafiəyə ehtiyacı olan bu uşaqlara maddi və mənəvi dəstək olmaq, onların sosiallaşmasına yardımçı olmaqdır. Bu kimi tədbirlərin keçirilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına köməklik edir. Tədbirdə MHM-nin əməkdaşları tərəfindən bütün uşaqlara hədiyyələr verildi.

 

 

  • 359

    Number of available services on the portal