You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

NBC bank kredit əməliyyatları prosesində elektron arayışları tətbiq edən növbəti bank oldu

2111 Print the text Copy text

NBC bank bu gündən etibarən kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilərlər.

"Elektron Hökumət” portalı vasitəsilə elekton arayışı həftənin bütün günlərində, sutkanın istənilən vaxtı əldə etmək mümkündür. Beləliklə, elektron arayışlardan istifadə etməklə vətəndaşın harasa getmək, növbə gözləmək kimi qayğıları bir dəfəlik həll edilmiş olacaq.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının əməkdaşları gündəlik həyatda ən çox istifadə olunan və sosial tələbatın böyük olduğu bir sıra arayışların elektron şəkildə vətəndaşlara təqdim olunması üzərində işləyirlər.

  • 359

    Number of available services on the portal