You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

"Parabank" ASC elektron arayışların üstünlüklərindən faydalanmağa başladı

2038 Print the text Copy text

"Elektron hökumət" portalı üzərindən təqdim olunan ən aktual xidmətlərdən e-arayışların istifadəçi çərçivəsi hər ötən gün genişlənməkdədir. E-arayışlar istifadəçilərə,

•    Sutkanın 24 saatı, günün istənilən vaxtı;
•    Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;
•    Bürokratik proseslərin və korrupsiya hallarının aradan qaldırılması kimi üstünlükləri verir. 

Gündəlik həyatda ən çox istifadə olunan sənədlərdən olan arayışların elektron şəkildə vətəndaşlara təqdimi yuxarıda qeyd olunan sosial qayğıları aradan qaldıraraq vətəndaşlar üçün daha əlverişli və çevik xidmət təqdim edir.Bu gündən etibarən "Parabank" ASC də öz müştərilərinə bu rahatlıqdan yararlanmaq imkanı verəcək. Sözügedən bank ötən aydan "Elektron Hökumət" portalının operatoru RYTN-nin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığa başlamış, e-arayışın tətbiqi üçün xüsusi test mühiti yaradılmışdır. Bu gündən artıq e-arayışlar üzrə proseslər yekunlaşmış, xidmətin real mühitdə tətbiqinə start verilmişdir. 

Qeyd edək ki, "Parabank" ASC-nin bütün filiallarında elektron arayışlardan faydalanmaq mümkündür.

  • 359

    Number of available services on the portal