You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Amrahbank ASC də “Elektron Hökumət” portalına üstünlük verdi

2108 Print the text Copy text

 Bu gündən etibarən Amrahbank ASC də bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının və digər sənədləşmələrin icrası zamanı proseslərin sadələşdirilməsi məqsədilə elektron arayışlardan faydalanacaq.

Belə ki, “Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və  sözügüdən bank arasında birgə əməkdaşlıq nəticəsində artıq Amrahbankın müştəriləri “Elektron Hökumət” portalı (www.e-gov.az) portalı üzərindən tələb olunan arayışları formalaşdıraraq elektron şəkildə banka göndərə biləcəklər. Bununla əlaqədar olaraq bankda lazımi şərait yaradılmış, e-arayışların yerindəcə əldə olunması üçün müvafiq terminallar quraşdırılmışdır. Hal-hazırda, bu xidmət Amrahbankın bütün filiallarında aktiv edilmişdir.

E-arayışı

  • sutkanın istənilən vaxtı əldə etmək olar;
  • arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac yoxdur. Arayış portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;
  • arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır, bu da məlumatların dəqiqliyinə zəmanət verir;
  • e-arayış kağız üzərində olan arayışlarla eyni hüquqi qüvvəyə malikdir.

Qeyd edək ki, “Elektron Hökumət” portalı üzərindən hazırda 9 növdə (iş yerindən, yaşayış yerindən, diplom haqqında və s.) elektron arayış əldə etmək mümkündür.

  • 359

    Number of available services on the portal