You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Bank Standard elektron arayışları gündəlik iş fəaliyyətlərinin tərkibinə daxil edir

3468 Print the text Copy text

Bank sektoru ilə  "Elektron Hökumət" portalı arasında birgə əməkdaşlıq müvəffəqiyyətlə davam etməkdədir. Bu müddətdə aktuallığı ilə bir çox sahələrin, xüsusilə də  maliyyə sektorunun  diqqətini cəlb edən elektron arayışların   tətbiqi üçün mühüm addımlar atılmışdır. Bir çox banklar  və maliyyə-kredit təşkilatları “Azdatacom” telekommunikasiya şəbəkəsi vasitəsiləPortalın operatoru Məlumat Hesablama Mərkəzilə rabitə əlaqəsi yaradaraq  Portalın xidmətlərinidən yararlanmağa başlayıblar. Bu gündən etibarən isə Bank Standard da rəsmi olaraq öz fəaliyyətində elektron arayışların tətbiqinə başlamışdır.

Portal vasitəsilə təqdim olunan elektron arayışların üstünlüyü aşağıdakılardır:

  • * informasiyanın tamlığı;
  • * informasiyanın dəqiqliyi;
  • * informasiyanın əldə olunma rahatlığı;
  • * şəffaflıq.

 “Elektron Hökumət” portalı vasitəsilə elekton arayışı həftənin  bütün günlərində, sutkanın istənilən vaxtı vahid virtual məkandan (www.e-gov.az) əldə etmək mümkündür.

Qeyd edək ki, hazırda 9 növdə arayış vətəndaşların istifadəsindədir. Tezliklə, elektron arayışların çeşidi artırılacaq və bütün sahələrdə tətbiqi mümkün ediləcəkdir.

  • 359

    Number of available services on the portal