You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

“Azərkosmos” ASC və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri “ISO 27001/2013” beynəlxalq standartı ilə əlaqədar məsləhətləşmələr aparıblar

1903 Print the text Copy text

17 iyun tarixində "Azərkosmos" ASC-nin nümayəndələri  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində mərkəzin mütəxəssisləri ilə görüşüblər.  Görüş çərçivəsində MHM-in müvafiq sahə üzrə mütəxəssisləri "Azərkosmos" ASC-nin nümayəndələrinə informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin "ISO 27001/2013" beynəlxalq standartlarına uyğun tənzimlənməsi, bununla bağlı müvafiq hesabatların və sənədlərin tərtib edilməsinin zəruriliyi barədə məlumat verdilər.  Müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələlərin "ISO 27001/2013" beynəlxalq standartlarına uyğun təşkili üçün lazımi prosedurlar izah edildi. İlkin olaraq, əsaslı təcrübənin formalaşması üçün "ISO 27001/2013" beynəlxalq standartlarına aid  bəzi informasiya mənbələri tövsiyə edildi.

Toplantı çərçivəsində informasiya texnologiyaları və təhlükəsizliyi üzrə risklərin, boşluqların təyin edilməsi məsələləri təhlil edildi, onların müvafiq qaydalara uyğun aradan qaldırılma üsulları müzakirə edildi. Bu sahədə "Azərkosmos" ASC-nin nümayəndələrini maraqlandıran suallar cavblandırıldı.

Xatırladaq ki, ötən ilin may-iyun aylarında MHM informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə "İSO 27001/2005" beynəlxalq standartlar sertifikatına layiq görülmüşdür. Keçən dövr ərzində MHM informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələləri “ISO 27001/2013” beynəlxalq standartının tələblərinə uyğun təşkil etmiş və cari ayın əvvələri İsveçrənin beynəlxalq SGS Audit Şirkətinin  (Societe Generale de Surveillance) Azərbaycan nümayəndəliyi tərəfindən müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə auditi həyata keçirilmişdir.

Görüş zamanı "Azərkosmos" ASC-yə MHM tərəfindən bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyi bildirildi.

  • 359

    Number of available services on the portal