You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Bu gündən etibarən Bank VTB (Azərbaycan) kağız üzərində bir çox arayış tələbini aradan qaldırdı

2238 Print the text Copy text

Bildiyiniz kimi, "Elektron Hökumət” portalının təqdim etdiyi elektron xidmətlərdən "Elektron Arayışlar" vətəndaşların kağız üzərində sənəd təmin etmə yükünü ləğv etdi, buna görə də bu xidmət əhali tərəfindən məmnunluqla istifadə olunur. Hal-hazırda bank sektorunda geniş tətbiq olunan e-arayışlar kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradır. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandırır.

Bu gündən etibarən Bank VTB (Azərbaycan) da elektron arayışlardan istifadəyə başladı. Bununla bağlı, portalın operatoru RYTN MHM-ə müraciət edən bankda lazımi texniki şərait yaradılmışdır. Artıq bank müştərilə fərdi məlumatları əks olunan arayışları portalda şəxsən formalaşdıraraq ünvanlamaq imkanına sahibdirlər.

Qeyd edək ki, istənilən vətəndaş istənilən məqsədlə "Elektron Hökumət" portalına daxil olaraq, portal üzərindən təqdim olunan 9 adda arayışı bir neçə saniyədə formalaşdıra bilər. Portalın əsas qayəsi sosial xidmətlərə müraciət edərkən vətəndaşları əlavə yüklərdən azad etməklə şəffaf xidmət mühiti yaratmaqdır.

  • 359

    Number of available services on the portal