You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

“Azər-Türk Bank”ın müştəriləri arayışları “Elektron Hökumət” portalından formalaşdıraraq banka təqdim edə biləcəklər

2440 Print the text Copy text

 

Bu gündən etibarən “Azər-Türk Bank” da elektron arayışlardan istifadəyə başladı. Vətəndaşlar “Elektron Hökumət” portalı üzərindən elektron arayışı günün istənilən vaxtı əldə etmək imkanına malikdirlər.

Qeyd edək ki, "Elektron Hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilən “Elektron arayışlar” qısa müddətdə istifadəyə verilməsinə baxmayaraq vətəndaşlar tərəfindən böyük məmnunluqla istifadə olunur. Hazırda bank sektorunda geniş tətbiq olunan e-arayışlar kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradır. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandırır.

Qeyd edək ki, hazırda "Elektron Hökumət" portalı tərəfindən 11 arayış vətəndaşlara təqdim olunur.

  • 359

    Number of available services on the portal