You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Elektron sənədin yoxlanılması xidməti iş prosesini sadələşdirir

8440 Print the text Copy text

.edoc nədir?

Son vaxtlar .pdf, .doc, .xls, .mp3, .avi və sair sənəd formatları sırasında ".edoc"-a da tez-tez rast gəlinir.

.edoc” formatı  –  "E-İmzalayıcı" proqramı və Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan "E-İmza" sertifikatları vasitəsilə yaradılan və imzalanmış sənədin tipidir.  Bu formatın strukturuna elektron sənəd və imza haqqında məlumatlar daxildir.

Elektron formada yaradılmış və elektron imza kartı vasitəsilə imzalanmış sənədlərin (".edoc") yoxlanılması çox asandır. Belə ki, yaratdığınız “.edoc” formatlı faylı e-imza.aze-gov.az (Elektron hökumət portalı) səhifələrində yerləşdirilmiş "Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması" xidməti vasitəsilə yoxlaya bilərsiniz.  Məsələn, buna icbari siğorta satışı nümunəsində baxaq.

Bildiyiniz kimi, icbari siğorta üçün müraciət elektronlaşdırılıb. Elektron qaydada xidmətə müraciət edildikdən və ödəniş olunduqdan sonra siğorta şəhadətnaməsi elektron imza kartı vasitəsilə imzalanır. Vətəndaşın elektron şəhadətnaməsi “.edoc” formatında hazır olur.

 ".edoc" formatında sənədin etibarlı olmasına əmin olmaq istəyiriksə, bu zaman göstərilən mənbələrdən ".edoc" yoxlayıcını tapıb, sənədi yükləməklə və nəticəni bir neçə saniyədə əldə edilərik.

Yoxlamanın nəticəsi aşağıdakı kimi göstərilirsə, bu, o deməkdir ki, ".edoc" mövcud standartlara uyğundur və sənəd istifadəyə tam yararlıdır. 

- strukturun yoxlanılması: yararlı
- sənəd xassələrinin yoxlanılması: yararlı
- imzanın yoxlanılması: yararlı
- yoxlamanın statusu: yararlı

Yuxarıda göstərilənlərdən istənilən biri yararsız kimi işarələnərsə, bu halda sənəd etibarsızdır. Əldə olunan nəticədə yoxlamanın vaxtını da görəcəksiniz.

Qeyd edək ki, elektron sənədin yoxlanılması xidməti kağız mübadiləsinə çoxdan əlvida demiş təşkilatların işini də sadələşdirir.

  • 359

    Number of available services on the portal