You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Ədliyyə Nazirliyinin yeni elektron xidmətləri “Elektron Hökumət” portalına inteqrasiya edildi

6524 Print the text Copy text

Ədliyyə Nazirliyin “Elektron Hökumət” portalında olan bəzi elektron xidmətləri yenilənməklə yanaşı, portala yeni xidmətlər də inteqrasiya edilmişdir.
 
Qurumun göstərdiyi “Ölüm haqqında aktın alınması üçün elektron müraciət”, “Atalığı müəyyən etmək üçün elektron müraciət”, “Nikahın pozulması üçün elektron müraciət”, “Doğumun qeydiyyatı üçün elektron müraciət”, “Soyadın, adın, ata adının dəyişdirilməsi üçün elektron müraciət”, “Nikahın qeydiyyatı üçün elektron müraciət”, “Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu” və “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi”  xidmətləri də artıq portal üzərindən əhalinin istifadəsinə verilib.

 Bununla Ədliyyə Nazirliyinin “Elektron Hökumət” portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 20-yə çatmışdır. 

Qeyd edək ki, elektronlaşdırılan xidmətlər ölkə vətəndaşlarının “Elektron hökumət” portalından istifadəsini daha da genişləndirir və elektronlaşdırılan hər bir xidmət ölkə əhalisinin rifahına və firavanlığına xidmət edir. 

  • 359

    Number of available services on the portal