You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Alman-Azərbaycan Xarici Ticarət Palatasında Elektron hökumətin biznesə dəstəyi mövzusunda görüş keçirilib

1974 Print the text Copy text

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) İnformasiya Kommunikasiya Texnologiyaları üzrə (İKT) İşçi Qrupunun növbəti görüşü keçirilib. Görüşdə İşçi Qrupa daxil olan şirkətlərin rəhbər nümayəndələri iştirak ediblər.

Öncə AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann və İKT İşçi Qrupunun sədri Rüfət Sadıqov qonaqları salamlayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Elektron hökumətin biznesə dəstəyi mövzusunda çıxış edib. O, EHİM-in fəaliyyət istiqamətləri, biznes nümayəndələri və hökumət qurumları arasında olan əlaqələrin asanlaşdırılması və xidmətlərin təkmilləşdirilməsinə dair tədbirlər barədə məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb və görüş müzakirələrlə davam edib.

  • 359

    Number of available services on the portal