You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

"Elektron Hökumət" portalı öz istifadəçilərinə yeni servis təqdim edir

2724 Print the text Copy text

"Elektron Hökumət" portalı üzərindən təqdim edilən xidmətlərin istifadəsi ilə əlaqədar vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əks əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin edilməsi, müraciətlərin xidmət təminatçısı tərəfindən cavablandırılması, xidmətfən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tutulması və sair üçün portalda "Əks əlaqə" və "Müraciətlər" adlı xüsusi bölmə hazırlanmışdır.

Vətəndaşlar portalda "Müraciətlər" bölməsinə daxil olaraq (həmçinin hər bir e-xidmət səhifəsində olan "Əks əlaqə" düyməsini seçməklə) istənilən elektron xidmət ilə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya və verilən cavabları izləyə biləcəklər. Sistemdə vətəndaş ilə xidmət təminatçısı arasında passiv rejimdə dialoq aparılır və bütün yazışmalar arxivləşdirilir.

Qeyd edirik ki, 1 noyabr 2014-cü il tarixdən başlayaraq sistemin tam şəkildə istismara verilməsi planlaşdırılır və həmin tarixdən sonra vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə aşağıdakı statistik məlumatlar online rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq Elektron Hökumət Bülletenlərində dərc ediləcək:

- Dövr (ay, rüb, il və s.) ərzində dxail olan müraciətlərin sayı;

- Həmin müraciətlərdən cavablandırılanların sayı;

- Təkrar daxil olan müraciətlərin sayı;

- Cavablandırılmayan müraciətlərin sayı;

- Verilən cavablardan vətəndaşları qane edən cavabların sayı (bu vətəndaşların aldıqları cavablara portalda etdikləri qeydlə müəyyən ediləcək).

Daxil olan müraciətləri cavablandıracaq məsul şəxslər barədə məlumatlar dövlət qurumları tərəfindən Məlumat Hesablama Mərkəzinə (MHM) siyahı şəklində təqdim olunacaq və həmin şəxslər sistemdə tanıtdırılacaq.

Eyni zamanda sistemin idarəolunması və istismarı üzrə aidiyyatı əməkdaşlar üçün MHM-də xüsusi treninqlərin keçirilməsi planlaşdırılır.

  • 359

    Number of available services on the portal