You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Harvard Universitetinin məzunları EHİM-də olublar

2019 Print the text Copy text

14 iyun 2019-cu il tarixində Harvard Universitetinin məzunları Elektron Hökumətin İnkişafı Mərkəzi ilə tanış olublar.

Qonaqlara Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin bir illik fəaliyyəti dövründə elektron dövlət xidmətlərinin göstərilməsi, elektron vizaların verilməsi və elektron ödənişlərin təmin edilməsi istiqamətində bir çox işlər görülüb və nailiyyətlər əldə edilib.

Bildirilib ki, Azərbaycan artıq reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid dövründədir. Bu məqsədlə reallaşdırılan və 1 iyun tarixindən etibarən vətəndaşların istifadəsinə verilən “myGov” portalı qonaqların diqqətini çəkib. Bundan başqa, “ASAN Viza”, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Wifi”, “ASAN Login” layihələri, Elektron satınalmalar, həmçinin Elektron kənd təsərrüfatı sistemləri haqqında məlumat verilib.

Sonda qonaqların çoxsaylı sualları cavablandırılıb.

  • 356

    Number of available services on the portal