You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

“Rəqəmsal Hökumət” təşviqat proqramının ikinci mərhələsi başa çatıb

1655 Print the text Copy text

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramının ikinci mərhələsi yekunlaşıb. Proqram çərçivəsində 35 könüllü tərəfindən iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürülüb.

Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər. “Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər, həmçinin elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında onlara məlumat veriblər.

“Rəqəmsal Hökumət” təşviqat proqramının məqsədi vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırmaq, ən çox hansı elektron xidmətlərdən istifadə etdiklərini, eləcə də elektron xidmətlər haqqında haradan məlumat əldə etdiklərini müəyyən etmək, bu xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olmaqdır.

  • 359

    Number of available services on the portal