You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

6811 Print the text Copy text

10 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.

Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, həmçinin İctimai Şuranın nümayəndələri iştirak ediblər. İştirakçılara Dövlət Gömrük Komitəsinin “Elektron növbə” xidməti təqdim edilib, xidmətin imkanları və görülmüş işlər barədə ətraflı məlumat verilib.

“Elektron növbə” qabaqcadan onlayn növbə götürməklə sərhəd-keçid zonasına girişi təmin edəcək. Bu xidmət sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur. Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar “Elektron növbə” xidmətindən istifadə etməklə onlayn qaydada həm özü, həm də avtomobili üçün növbə tutacaq və seçdiyi vaxta uyğun olaraq sərhəd-buraxılış məntəqəsinə yaxınlaşa biləcəklər. Sonda təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.

  • 356

    Number of available services on the portal