You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Dövlət Agentliyinin nümayəndə heyəti GİTEX Texnologiya Həftəsində iştirak edib

6444 Print the text Copy text

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti GITEX 2019 Texnologiya Həftəsində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

GITEX Texnologiya Həftəsi informasiya - kommunikasiya texnologiyaları və innovasiyalar sahəsindəki dünya üzrə son nailiyyətlərin ən böyük və mötəbər sərgilərindən biridir. Sərgi dünyanın 140-dan çox ölkəsindən 4500-dən çox iştirakçını bir araya gətirib.

Səfər çərçivəsində nümayəndə heyəti Dubai Smart Government və Dubay polisinin rəhbər vəzifəli şəxsləri ilə görüşüb. Həmçinin rəqəmsal hökumət sahəsində məlumat mübadiləsi, startap layihələrinin tətbiqi və inkişafı, “ASAN xidmət” modelinin, rəqəmsal və elektron hökumət həllərinin tətbiqi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Dubay Ticarət Palatasında keçirilmiş görüşdə rəqəmsal hökumət və innovasiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsi aparılıb.

Dubai Startup Hub ilə keçirilmiş görüşdə fintech şirkətlərinin təqdimatları ilə tanışlıq həyata keçirilib.

  • 359

    Number of available services on the portal