You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

“ASAN bot” tətbiqi istifadəyə verilib

12446 Print the text Copy text

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt, 24\7 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.

“ASAN bot”un bir sıra digər kommersiya botlarından əsas fərqi onun vətəndaşların daxil etdikləri mətni rahat başa düşməsindədir ki, bu da Süni İntellekt texnologiyasına əsaslanır. Çatbot vətəndaşın ilkin müraciətini başa düşməkdə çətinlik çəkdiyi halda isə ona seçim etməsi üçün menyu təklif edir, müraciətə daha detallı yanaşır.

“ASAN bot”un ilkin olaraq Teleqram tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulub. Beta versiyasında fəaliyyətə başlayacaq botun gələcəkdə daha da təkmilləşdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu sistem gələcəkdə digər dövlət qurumlarının da bənzər xidmətlərinin göstərilməsi üçün tətbiq ediləcəkdir.

“ASAN Bot” vasitəsilə, həmçinin günümüzün aktual məsələsi olan Koronavirus pandemiyası haqqında da məlumat almaq, qorunma üsulları barədə maariflənmək mümkündür.

Tətbiqə keçid: https://t.me/aze_asan_bot 

  • 359

    Number of available services on the portal