You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

Fərdi sahibkarlar üçün yeni imkan

4454 Print the text Copy text

Azərbaycanda ilk dəfə olaraq banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. İlkin mərhələdə fərdi sahibkarlar üçün göstərilən bu xidmət Elektron Hökumət İnformasiya Sisteminin alt sistemi olan “ASAN Finans” sistemi vasitəsi ilə fəaliyyət göstərir. Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz, məsafəsiz xidmət göstərilməsini təmin etməkdir.

“ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə dəstək verir. Beləliklə, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə bilirlər.

“ASAN Finans” layihəsi, eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə ki, qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun şəxsiyyət vəsiqəsi, iş yeri, VÖEN üzrə, məhkumluq haqqında məlumatları, mövcud əmlakı və dövlət qarşısında öhdəliyinə dair elektron informasiyanı rahatlıqla əldə edə bilir.

  • 359

    Number of available services on the portal