You can return to the new version of the website

Open new version
AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

EHİM, ABA və MBNP arasında görüş keçirilib

3069 Print the text Copy text

31 yanvar 2019-cu il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzin ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş Sistemləri Qrupu və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında görüş keçirilib.

Görüşdə Mərkəz tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verilib, bu layihələrin vətəndaşlar və qurumlar üçün üstünlükləri müzakirə olunub.

Qarşılıqlı tərəfdaşlıq mühitində keçirilən görüşün əsas mövzusu “ASAN Finans” layihəsi olub. “ASAN Finans” layihəsinin maliyyə qurumları və vətəndaşlar arasında körpü rolunu oynayaraq bank və digər maliyyə qurumlarının xidmətlərini rəqəmsallaşdırmağa hesablandığı diqqətə çatdırılıb.

“ASAN Finans” layihəsi maliyyə qurumlarının xidmətlərini rəqəmsal mühitə daşıyaraq vətəndaşlara vaxt qazancı gətirir və fasiləsiz və məsafəsiz xidmət prinsipi ilə işləyir. Layihənin qurumlar üçün başlıca üstünlüyü isə resurslara qənaət və müştəri münasibətlərinin asanlaşdırılmasından ibarədir.

  • 359

    Number of available services on the portal